Ölkə

DGK sədri: "Azərbaycana 803 milyon dollarlıq qızıl külçələr gətirilib"

14 Yanvar 2019 13:13
2 Şərh     Baxış: 762

2018-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 30 milyard 924 milyon dollar təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, 2017-ci illə müqayisədə, 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası olmayıb.

Buna baxmayaraq, gömrüyün xətti ilə 2018-ci ildə dövlət büdcəsinə 3 milyard 434 milyon manat vəsait daxil edilib.

"Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    · 14 Yanvar 14:1400

    30 milyard 924 milyon dollar ! " ABS " dollari !

    Cavab yaz
  • Anonim
    · 14 Yanvar 14:5500

    Dollar mezennesi !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.