Ölkə

Bakı-Peterburq aviareysinin sərnişinlərinə məxsus yüklərin bir qismi Bakıda qalıb

14 Yanvar 2019 11:24
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Peterburq aviareysinin sərnişinlərinə məxsus yüklərin bir qismi Azərbaycan paytaxtında qalıb.

Milli.Az report-a istinadən bildirir ki, ötən gün, saat 11-də təyyarə ilə Peterbuqra çatmış sərnişinlər Bakı aeroportunda təhvil verdikləri bəzi yükləri əldə edə bilməyiblər. Buna səbəb kimi isə həmin avireys üzrə daşınan yüklərin həddindən çox olması göstərilib.

Yəni, təyyarənin normadan artıq yüklənməməsi üçün yüklərin bir qisminin Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılması və növbəti reyslə göndərilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.