Ölkə

Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı

14 Yanvar 2019 10:52
8 Şərh     Baxış: 2 625

Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiyi məlum olub.

Milli.Az ölke.az-a istinadla xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb. Belə ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub. Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Mehman və Baxşəlinin paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin", "Şarden", "Səma", "Play", "Dalğa" və Nərimanov rayonunda "Atilla","Diana","Venus" adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Alina · 14 Yanvar 11:4641

    Necə qərar cıxdı bütün qumar yerləri bağlandı indi də qərar masaj salonları üçün qərar çıxarsınlar

    Cavab yaz
  • Anonim
    Aki2 · 14 Yanvar 12:1111

    Biyy sabahiniz xeyir olsun

    Cavab yaz
  • Anonim
    Kami · 14 Yanvar 13:5011

    Warden ha... Yox bir Visto. Goresen bu Mehman ve Baxiseli Warden sozunun menasini bilirler?

    Cavab yaz
    • Anonim
      Kamiyə · 14 Yanvar 14:3511

      Bilirsən de bizdə biləkdə yoldaş

      Cavab yaz
      • Anonim
        Kamiye yazana · 14 Yanvar 15:4301

        Onu Mehman ve Baxweliden soruwmaq lazimdir. Onlar aciblar o adda masaj salonun, men yox.

        Cavab yaz
        • Anonim
          Kamiyə · 14 Yanvar 20:2300

          Bələdçi deməkdir

          Cavab yaz
  • Anonim
    Esmira · 14 Yanvar 16:4301

    Endamin yansin, ay Gulendam. Qiz-gelini bele islere vadar etdiyin ucun.

    Cavab yaz
  • Anonim
    miris · 14 Yanvar 19:0701

    Yaxsi edibler bacaran can qurban(essek)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.