Ölkə

Uşaq əməyini istismar edənləri hansı cəza gözləyir? - Hüquq müdafiəçisi şərh edir

13 Yanvar 2019 14:04
2 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəmalə Ağazadə: "Valideynlik hüququndan məhrum edilmə ən böyük cəzadır"

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin doqquz ayında dilənən 973 azyaşlı məntəqəyə gətirilib. Bəzən belə uşaqlar valideyn himayəsindən məhrum qalan uşaqlar olsa da, aralarında ata-anası tərəfindən dilənməyə məcbur edilənlər də az deyil.

Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib ki, azyaşlı övladının əməyindən yararlanan, onu istismar edən şəxslərin valideynlik hüququndan məhrum edilməsi ən böyük cəzadır:

"Ailə tərəfindən bu cinayət törədilibsə, ilk olaraq komissiyanın qərarı çıxarılır. Həmin uşaqlar sığınacağa yerləşdirilir və cinayət faktlarının təsdiqlənməsi üçün hüquq mühafizə orqanlarına müraciət edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.