Ölkə

İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...

12 Yanvar 2019 13:50
1 Şərh     Baxış: 3 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputat Aqil Abbasın qudası dünyasını dəyişib. 

Milli.Az xəbər verir ki, qafqazinfo həmin şəxsin kimliyini araşdırıb. Məlum olub ki, söhbət Siracəddin Həsənovdan gedir. S.Həsənov 1948- ci ildə anadan olub. O, uzun illər neft maşınqayırması sənayesində çalışıb.

Son illərə qədər Zabrat Maşınqayırma Zavodunun İdarə Heyətinin sədri olub. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Həsənov, eyni zamanda, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında ‎Siyasi Şuranın üzvü olub.

Xatırladaq ki, qafqazinfo Siracəddin Həsənovun intihar etməsi ilə bağlı məlumat əldə edib. Lakin Aqil Abbas bu informasiyanı təkzib edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.