Sumqayıt şəhəri Corat qəsəbəsində dəm qazı iki nəfərin ölümünə səbəb olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Məlumata görə, ölən şəxslər bir ailənin iki üzvü - 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və övladı 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğludur.
İlkin ehtimallara görə, onlar evdə yatdıqları yerdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az