Ölkə

Marketlərdə polietilen torbaların pulla satılması xəbərləri ilə bağlı daha bir AÇIQLAMA

12 Yanvar 2019 11:57
4 Şərh     Baxış: 2 188

Bir neçə gündür ki, sosial şəbəkələrdə bəzi marketlərdə polietilen torbaların ödənişli satılması barədə məlumatlar paylaşılır.  

İddialara görə, mağazalarda alış-veriş edən əhaliyə sellofan torbalar beş-on qəpiyə satılır.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova oxu.az-a açıqlamasında bildirib ki, nazirliyin marketlərdə satılan polietilen torbaların qiymətlərini tənzimləmək səlahiyyəti yoxdur: 

"Biz torbaların mağazalarda pulla satılmasının tərəfdarıyıq. Amma onların qiymətini biz müəyyən etmirik. Sosial şəbəkələrdə marketlərdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlərə yazılsa da, mağazalarda torbaların pulla satışına də rast gəlinməyib".

Nazirlik rəsmisi bildirib ki, sellofan torbalar təbiətə çox ziyan vurur:

"Bu torbalar istifadə edildikdən sonra ətraf ərazilərdə və yol kənarında xoşagəlməyən mənzərə yaradır. Biz ətraf mühitin qorunması üçün insanların alış-verişlərdə parça torbalardan istifadə edilməsini tövsiyə edirik".

İradə İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb:

"Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib.

Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir.

Təbiəti qorumaq, ona sevgi ilə yanaşmaq hamımızın borcudur".

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    .... · 12 Yanvar 12:06130

    Pulla satilsa ekologiyaya ne xeyir var ,insanlar onsuzda mecbur olub yene alacaq (etraf yene zibillnecek).problem etrafin zibillenmesidirse onda gerek zibilleride salafana yigib atmayaq.ilk novbede zibil yesiklerini duzeltsinler yenileri ile evez olunsun

    Cavab yaz
  • Anonim
    777 · 12 Yanvar 13:3530

    Tûrkiyede de polietilen torbalari qadağan edibler. Ehaliye ise pulsuz parça torbalar paylanilib. Tûrkiyenin tecrûbesinden istifade edilse yaxsi olardi.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 12 Yanvar 14:5810

      Bazarllq ede bilen her bir sexs her hal o salafanlarlda ala bileceg bu hecneyi deyismeyeceg

      Cavab yaz
  • Anonim
    TB · 12 Yanvar 15:2510

    ekologiyaya ziyan vuran yene devuracag xalgin cibinin ziyanini kim odeyecek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.