Ölkə

Bakıda FACİƏ: polis tabel silahı ilə özünü vurdu

12 Yanvar 2019 10:35
10 Şərh     Baxış: 3 668

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməyi ofisdə olan müşahidə kamerasına da düşüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin operativ-istintaq hərəkətləri həyata keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Sonra isə dəfn olunmaq üçün İsmayıllı rayonuna göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlumat üçün bildirək ki, İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub. 
Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, 2 azyaşlı övladı var.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Vay · 12 Yanvar 10:4940

    vay nə pis xəbər oldu bu səhər səhər. Yazıq sənə , sənin ailənə ay qardaş, niyə belə etdin? iki körpəylə gəlin yazıq neyləyəcək bu cətin zamanədə? Allah rəhmət etsin .

    Cavab yaz
  • Anonim
    · 12 Yanvar 11:3931

    Bilmirsən nə düşünəsən.Psixoloji durumu belə olan əli silah tutan adamın belə bir idarədə nəzarətdə olmaması istər istəməz sual yaradır.

    Cavab yaz
  • Anonim
    hansına · 12 Yanvar 12:0320

    nəzarət edilsin ? millət elə bil mövbəyə durub intihar etməkcun .elə bilirlər ki intihar butun sualların cavabıdır. Guclu olub butun bu cətinliklərdən qurtulmaq lazımdır. psixoloji durumu pozulmuşlarasa ,mutləq kömək etmək lazımdır həm maddi həm də mənəvi. Əsas ailə dəstəyi lazımdır.

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 12 Yanvar 12:4000

    Bax intihar söhbətinə yoxamda yoxxx....nə olur olsun hər çətin vəziyyətdən mütləq çıxış yolu var...həyat eşqi ilə yaşamaq lazımdır...zəif insanlar intihar yolunu seçirlər...

    Cavab yaz
  • Anonim
    elvo · 12 Yanvar 13:2210

    Allah.intihar edənləri sevməz

    Cavab yaz
  • Anonim
    RomkA · 12 Yanvar 14:3000

    Allah rehmet elesin. Ne bilirsizki ozu ozunu gulleleyib?? Yaxshini Allah biler

    Cavab yaz
  • Anonim
    E · 12 Yanvar 14:5900

    ALLAHIM xalqimizi,milletimizi qoru.Cox pis oldum.ancaq intihar her gun her gun.

    Cavab yaz
  • Anonim
    E · 12 Yanvar 15:0000

    Insalara menevi destek maddi destekden daha ustundir inanin ki.Allah yaxsi insanlari qorusun.Ya Rabbim

    Cavab yaz
  • Anonim
    Raul · 12 Yanvar 15:4710

    Allah Qarbaçova lənət eləsin. Amin. Gül kimi yaşayırdıq. Dərdsiz, qəmsiz. Hamıda mehriban.

    Cavab yaz
  • Anonim
    Rustik · 12 Yanvar 22:5110

    Heckim bilmir.men taniyirdim onu.onun qardasi avariyaya dusdu rehmete getdi.hec Kim heckimin derdini bilmez

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.