Ölkə

Azərbaycanda qadın hamilə olduğunu öyrəndi, bir gün sonra ana oldu

12 Yanvar 2019 10:00
5 Şərh     Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. 

Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın doqquz aylıq hamilə olduğunu öyrənib.

Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə iki kq 900 qram çəkidə doğulub. 

Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.