Ölkə

Səhiyyə Nazirliyi: "Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə..."

11 Yanvar 2019 15:05
Baxış: 2 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda "donuz qripi"nin olması barədə məlumat yayılıb: "Azərbaycanda "donuz qripi" yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə "donuz qripi"nin olması elan edilib. Azərbaycanda "donuz qripi" kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar".

İ.Ağayev əlavə edib ki, ölkəyə "donuz qripi" ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil: "Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.