Ölkə

Ötən il 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib

11 Yanvar 2019 12:39
0 Şərh     Baxış: 1 471

2018-ci ildə 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, vətəndaşlığın itirilməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib.

Xidmət rəisi, həmçinin 2018-ci ildə quruma işə götürülənlərin sayını açıqlayıb.

V.Hüseynov bildirib ki, yeni işçilərin götürülməsi ilə bağlı 2 müsabiqə keçirilib: "Onlardan biri kiçik heyətə əməkdaşların qəbul edilməsi, 2-cisi isə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı olub. 1-ci müsabiqə üzrə 9 yeni əməkdaş artıq qəbul edilib, 2-ci müsabiqə üzrə isə test mərhələsi başa çatıb və hazırda müsahibə mərhələsi davam edir. Bu müsabiqədə də 14 yeni əməkdaşın işə qəbulu nəzərdə tutulur".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.