Ölkə

Bakıda kişi şirkətin ofisini dağıtdı, maşının şüşələrini sındırdı - YENİLƏNİB - VİDEO - FOTO

11 Yanvar 2019 12:03
0 Şərh     Baxış: 4 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:04

Ötən gecə Bakıda xuliqanlıq hadisəsi qeydə alınıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsi 142 D ünvanında baş verib. Mahir Quliyev adlı ortayaşlı şəxs qeyd olunan ünvanda "Unicapital" adlı ofisə hücum edərək oranın pəncərələrini qırıb, daha sonra içəriyə daxil olaraq ofisə ziyan vurub. Ofisdən çıxan M.Quliyev yol kənarında dayanan maşına da zərər vurub.

Hadisə ilə bağlı "Unibank" KB-dən Trend-ə bildiriblər ki, həmin şəxsin "Unicapital" ilə heç bir əlaqəsi yoxdur, o, sərxoş olduğundan nə etdiyini bilməyib:

"Ötən gecə saat 19.00 radələrində həddən artıq içkili və əlində kəsici alət olan bir şəxs "Unicapital" İnvestisiya şirkətinin Rəşid Behbudov küçəsi 142 D ünvanında yerləşən ofisinə hücum edərək, ofisin şüşəsini sındırıb, avadanlıqlara ciddi ziyan yetirib. Ofisin qarşısında başqa vətəndaşlara məxsus maşınlara da ziyan vurub. Hadisə barədə dərhal polis idarəsinə məlumat verilib və şəxs yaxınlıqdakı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb".

Adıçəkilən şirkətin rəhbərliyi tərəfindən Nəsimi rayon Polis idarəsinin 21-ci bölməsinə baş vermiş hücum hadisəsi və əmlaka vurulmuş ziyana görə şikayət ərizəsi təqdim edilib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

-----------
10:23

Paytaxtın Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi asayişi pozub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, əvvəlcə "Unicapital" şirkətinin şüşələrini sındırıb.

Şahidlərin hadisə yerindən çəkdiyi görüntülərdən də aydın olur ki, kişi daha sonra qara rəngli maşının şüşələrini qırıb. 

Məsələ ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən bildirilib ki, bir nəfərin "Volkswagen" markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda sərxoş kişi şirkətin ofisinə hücum etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.