Ölkə

Kafedə həmyerlisini öldürən şəxsin ibtidai istintaqı başa çatdı

10 Yanvar 2019 15:04
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Həmin ərazisində olan kafedə Tikanoba kənd sakini M.Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.