Ölkə

Təkcə Bakının mərkəzində 3500-dən çox qanunsuz parklanma aşkarlanıb - 1 sutkaya - FOTO

10 Yanvar 2019 14:55
Baxış: 1 220

Paytaxtın mərkəzi hissələrində 24 saat ərzində avtomobillərin qanunsuz saxlanması ilə bağlı 3500-dən çox fakt aşkar olunub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.

Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların qurşadırılması ilə bağlı tədbirlər də davam etdirilir.

Qanunsuz parklanmaya intelektual nəzarət sisteminin əsas kompanenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib.

Sürücülərə parklanma zamanı daha diqqətli olmaq, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmək, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmaq tövsiyə edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.