Ölkə

Qobustan qoruğuna gələn turistlərin sayı artıb

10 Yanvar 2019 13:25
1 Şərh     Baxış: 341

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qoruğun direktoru Vüqar İsayev bildirib ki, 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır:

"Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən - Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi".

Qeyd edək ki, 2017-ci ildə qoruğu 80 mindən çox turist ziyarət edib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ibrehim · 10 Yanvar 18:1800

    Bakı Elet yolundakı hasarlar sokulsə turistlərin sayi defelerə artar, Türkiyədə dörd dəniz var heç birinin ətrafına hasar çəkilməyib, bizdə isə dəniz kənarında hündür hasar çəkilib ki, turistlər üçün Qobustana gedən yol cansıxıcı və maraqsız keçir.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.