Ölkə

Zakir Qaralov prokurorların yerini dəyişdi

10 Yanvar 2019 11:04
Baxış: 3 585

Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna göndərilib.

Quba rayon prokuroru Valeh Səmədov isə İmişli rayonuna gedib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.