Ölkə

Bakıda kişi arvadını polisə verib

10 Yanvar 2019 10:23
6 Şərh     Baxış: 3 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Suraxanı rayonunda 28 yaşlı M.Y. öz 24 yaşlı həyat yoldaşı T.İ.-ni oğurluqda günahlandırıb.

Milli.Az-ın xəbərinə görə, bu barədə "Sputnik Azərbaycan"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şikayətçi bildirib, yanvarın 8-də həyat yoldaşı dörd min manatdan artıq pulu evdən çıxarıb. Kişi qadının bu pulları hara xərclədiyini bilmir. Hələlik faktla bağlı heç kim saxlanılmayıb.

Ümumiyyətlə, son vaxtlar polislər bir-birini ittiham edən cütlüklərlə bağlı faktlara daha tez-tez rast gəlirlər. Evli cütlüklər artıq öz daxmalarındakı mübahisələri, davaları ictimailəşdirməkdən çəkinmirlər. Özü də bu hal xüsusilə cavan ailələrdəki cütlüklər üçün xarakterikdir.

Yeri gəlmişkən, sutka ərzində paytaxtda 47 oğurluq faktı qeydə alınıb.

Qeyd edək ki, ötən ilin yanvarında Bakı sakinlərindən biri nəinki öz arvadını oğurluqda ittiham edib, hətta onu dəmir barmaqlıqlar arasına saldırıb. Oğurluq haqqında ərizə Binəqədi rayon Polis İdarəsinin 7-ci bölməsinə 30 yanvar 2018-ci il tarixində daxil olub.

Belə ki, 39 yaşlı zərərçəkmiş 2017-ci ilin 16 noyabrından 2018-ci ilin 27 yanvarınadək onun evindəki seyfdən 57 min 700 ABŞ dolların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırma zamanı məlum olub ki, pulları kişinin arvadı (adamların adını etik məsələlərə görə yazmırıq -red.) oğurlayıb.

O da müəyyən edilib ki, qadın ərindən oğurladığı pulları öz sevgilisinə verirmiş. Bununla əlaqədar olaraq qadın və onun sevgilisi saxlanılıb. Oğru sevgililər cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.