Ölkə

Yol qəzasında yaralanan qadın xəstəxanada öldü

10 Yanvar 2019 09:53
0 Şərh     Baxış: 692

Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Astara yolunun 50-ci kilometrliyində baş verib.

Yolun Salyan rayonu ərazisindən keçən hissəsində, Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Mircəfər Ağalarov idarə etdiyi 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və onun sərnişinləri, həyat yoldaşı Mirvari Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Cəfərova xəsarət alıb.

M.Ağalarova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.