Ölkə

İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi

10 Yanvar 2019 09:19
2 Şərh     Baxış: 5 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər ki, "Türk Hava Yolları" (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da "TK 1132" saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Türk Hava Yolları" aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan "TK 1133" saylı uçuşu da ləğv olunub. Aviareyslər "Boeing 737-400" təyyarəsi ilə həyata keçirilməli idi.

Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də "TK 340" saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də "TK 341" saylı uçuşu da ləğv olunub.

İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Ehtimal olunur ki, uçuşların təxirə salınmasının səbəbi İstanbulda qeyri-sabit hava şəraiti və güclü qar yağışıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.