Ölkə

Baloğlan Əşrəfov 45 İLLİK SİRRİNİ AÇDI - Ən böyük səhvimi onda etdim - VİDEO

9 Yanvar 2019 18:17
2 Şərh     Baxış: 4 497

Əməkdar artist Baloğlan Əşrəfov "Şou ATV"də 45 illik sirrinin üstünü açıb.

Milli.Az xəbər verir ki, müğənni illərdir ifasında hər kəsin talış mahnısı kimi tanıdığı "Dilbərim dilbər"in, əslində, fars musiqisi olduğunu bildirib. B.Əşrəfov bu musiqini Teymur Mustafayevin ifasında eşitdiyini, sonra onu talış və Azərbaycan dillərində oxuduğunu boynuna alıb.

Müğənni hətta bu ifasını eşidən mərhum musiqiçi Əhsən Dadaşovun təklifini də xatırladıb.

Əməkdar artist 1974-cü ildə Xalq çalğı alətləri ansamblının rəhbəri, tarzən Əhsən Dadaşovun onunla birgə çalışmaq təklifini qəbul etmədiyini dilə gətirib:

"Zəng edib soruşdu ki, "Oğlum, o mahnını sən oxuyurdun?" Dedim "bəli". Dedi "Sənin səsin, avazın mənim çox xoşuma gəldi. Gəl mənim ansamblımda çalış. Nə lazımdır sənin üçün edəcəm". Həyatımda ən böyük səhvimi onda etdim. İki səhv etmişəm, bu, birincisi idi. Bəzi namərd insanlar məni yolumdan döndərdi. Təklifdən imtina etdim".

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Baloğlan Əşrəfov 45 İLLİK SİRRİNİ AÇDI

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ŞAH · 9 Yanvar 18:2570

    BALOĞLAN MÜƏLLİM SİZ AZƏRBAYCAN XALQININ SEVGİSİNİ QAZANMISIZ ŞƏXSİYYƏT-- SƏNƏT BİR ÜRƏKDƏ BİR BƏDƏNDƏ VAR VƏHDƏTDİR.SİZ DÖVLƏTİ XALQI SEVƏN ADAMSIZ DAHA YAXIN OLUN YÜKSƏYƏ UCALMISIZ UCALACAQSIZ.

    Cavab yaz
  • Anonim
    Kenan · 12 Yanvar 18:4600

    Allah sizi qorusun siz Azerbaycanin evez olunmaz oz desti xetdi olan mugennisisiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.