Ölkə

Bakıda quldurluq edən şəxsə hökm oxundu

9 Yanvar 2019 19:40
0 Şərh     Baxış: 293

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Qəhrəmanzadə 12 il azadlıqdan məhrum edilib.

İttihama görə, B.Qəhrəmanzadə istintaqa məlum olmayan şəxslərlə əlbir olub qrup şəkilində 2017-ci il dekabrın 30-da gecə saatlarında Bakı şəhəri Nəsimi rayon ərazisində Ramil Muradova silahla basqın edib.

O, R.Muradovu bıçaqlayıb, dəstə üzvləri ilə birgə zərərçəkmişin cibindən 70 manat pulu və 30 manat dəyərində mobil telefonu ələ keçirib.

Bundan başqa, B.Qəhrəmanzadə 2018-ci ildə tanış olduğu İlqar Qəhrəmanovu Nəsimi rayon ərazisində yerləşən yaşayış binasının həyətinə aparıb, onun gözünə yumruqla vurub və ümumilikdə 88 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.