Ölkə

Bakıya nə vaxt qar yağacaq?

9 Yanvar 2019 17:28
8 Şərh     Baxış: 4 475

Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda mülayim hava şəraiti hökm sürür:

"Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir-iki dəfə yüksəkdir. Gecə saatlarında temperatur üç-dörd, yeddi-doqquz dərəcə təşkil edir ki, bu da yağıntının yağmasına şərait yaradır.

Qarın yağması üçün temperatur aşağı düşməlidir. Hələlik yaxın günlərdə Bakıda və Abşeron yarımadasında qarın yağacağı gözlənilmir".

Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir:

"Qar yağmasını son illərlə müqayisə etdikdə, 2010-cu ildən yanvarda Bakıda və Abşeron yarımadasında həmişə az da olsa, qar yağıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2008-ci ildə müşahidə edilib. Həmin dövrdə qarın hündürlüyü 44 santimetr, havanın minimal temperaturu isə 8-7 dərəcə təşkil edib.

Hazırda müşahidə olunan mülayim hava şəraiti əvvəllər də müşahidə olunub. Sadəcə olaraq, qarın yağması ikinci ongünlükdən sonra özünü büruzə verib. Hələlik Bakıda və Abşeron yarımadasında qarın yağması gözlənilmir. Belə proqnoz olarsa, əvvəlcədən məlumat veriləcək". 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun sözlərinə görə, bəzən mart ayında da Bakıda və Abşeron yarımadasında qar yağıb:

"Bu, çox az olub. Hazırda qar yağması ilə bağlı proqnoz vermək çətindir. Olsa da, yanvarın son ongünlüyündə qarın yağma ehtimalı var. Bu, hakim hava kütləsindən asılıdır. Əgər şimaldan gələn hava kütlələri Azərbaycana daxil olarsa, bizdə qar yağma ehtimalı daha çoxdur. İndi ölkəmizdə cənub və cənub-şərq, şimal-qərb hava kütlələri hakimdir. Hazırkı temperatur elədir ki, güclü qar yağma ehtimalı azdır".

Direktor müavini qeyd edib ki, yağan qarın yerdə qalması üçün torpaq səthinin temperaturu aşağı olmalıdır:

"Bakı və Abşeron yarımadasında torpaq səthində və havanın temperaturu normadan 2-3  dərəcə yüksəkdir. Qar yağsa da, yerdə qalma ehtimalı sıfıra bərabərdir. Yanvarın axırı və fevralın əvvəlində qarın yağması müşahidə oluna bilər".

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Deyanet Viravul Lenkeran · 9 Yanvar 17:3244

    Bu il Yanvar ayında qar yağma ehtimalı demək olar ki yoxdur.

    Cavab yaz
  • Anonim
    anonim · 9 Yanvar 18:0933

    bize gar yarasmir.heyat olur probkalar ve .s

    Cavab yaz
    • Anonim
      ÇUKUR · 9 Yanvar 20:2461

      Qar lazımdı sonra yazda havalar istiləşməyə doğru gedəndə xəstəliklər artacaq

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 19:19612

    2020-ci ilin dekabrin 20 de qar yaqacaq.. Bakiya .Allah qoysa

    Cavab yaz
  • Anonim
    Mir · 9 Yanvar 21:3150

    Ne qar var ne yagis Xestelik Bas Alib Gedir Allah Ozu Komek Olsun BU DONUZ ili Heckime Dusmedie

    Cavab yaz
  • Anonim
    Elwad · 9 Yanvar 23:2471

    Donuz ili olduguna qar xorulduyur bu heyvanlardan qurtarib, bir defe de adam ili olsaydi qar da yagardi bolluq da olardi.

    Cavab yaz
  • Anonim
    Elwada · 9 Yanvar 23:4723

    Allah seni güldürsün canim menim))) Adam ili cetin geler. iqlim deyisib ama sen zarafatlarnla heeec deyismedin.

    Cavab yaz
  • Anonim
    Aytac Memmedova · 10 Yanvar 15:1052

    qar istiyenler bu yorumu beyensin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.