Ölkə

Keçmiş məhkum yeniyetməni oğurluğa cəlb etdi - FOTO

9 Yanvar 2019 11:47
0 Şərh     Baxış: 1 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət edən şəxlər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, 30 dekabr 2018-ci il tarixdə gecə saat 02:00 radələrində Şəmkir şəhərində yerləşən mağazalardan birində oğurluq hadisəsinin baş verməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mağazadan ümumilikdə 1400 manat dəyərində tütün məmulatları, enerji içkiləri, nəğd pul vəsati oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, M. Həsənov bir nəfər yeniyetmə ilə birlikdə ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar.

M.Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.

Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.