Ölkə

"Donuz qripi"nə görə Gürcüstana gedən sərnişinlərin sayı azalıb? - RƏSMİ AÇIQLAMA

8 Yanvar 2019 17:41
0 Şərh     Baxış: 663

"Azərbaycan Dəmir Yolları" QSC Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxma hallarının yayılması ilə əlaqədar Azərbaycandan həmin ölkəyə gedən sərnişinlərin sayının azalması barədə məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, Gürcüstanda H1N1 virusunun olması səbəbindən Azərbaycandan bu ölkəyə gedən sərnişinlərin azalması müşahidə olunmur:

"Sərhəd-keçid məntəqəsində ölkənin müvafiq qurumları tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin səhiyyə müəssisələri tərəfindən də müvafiq tədbirlər görülür. Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya-maarif işi aparırlar. Eyni zamanda, hər reysqabağı vaqonlarda dezinfeksiya işləri həyata keçirilir".

H1N1 virusunun yayılması ilə əlaqədar, Gürcüstana getmək üçün bilet alan sərnişinlərin öz biletlərini geri qaytarması barədə yayılan məlumatlara gəldikdə, S.Qədirova belə bir fakt qeydə alınmadığını bildirib.

Xatırladaq ki, Azərbaycanla sərhəd ölkə olan Gürcüstanda H1N1 virusunun yayılması, bu virusa yoluxanlar arasında ölüm halları faktı qeydə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.