Ölkə

“Azəriqaz” gücləndirilmiş rejiminə keçir

28 Dekabr 2018 15:41
3 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-in "Azəriqaz" İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 29 dekabr 2018-ci il tarixindən başlayaraq 03 yanvar 2019-cu il tarixədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Milli.Az bildirir ki, İB-dən Trend-ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz" İstehsalat Birliyinin "185" və "104" Çağrı Mərkəzlərinə daxil olacaq vətəndaş müraciətlərinin icrasının təmin edilməsi ilə əlaqədar, sutkada 24 saat fəaliyyət göstərən "Çağrı Mərkəzi"nin fəaliyyəti gücləndiriləcək, abonentlərin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədi ilə qaz sayğaclarında mümkün ola biləcək istənilən texniki nasazlıqlar nəticəsində onların yeni smart tipli sayğaclarla əvəz olunmasından sonra, yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və abonentlərə "ASAN Kommunal" standartlarına uyğun xidmətlərin göstərilməsi 2018-cı il dekabr ayının 30-dan, 03-yanvar 2019-cu il tarixinədək həyata keçiriləcək.

"Azəriqaz" İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını bayram münasibətilə təbrik edir və istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.