Ölkə

Ermənilər bu dəyərimizi oğurladı: Qondarma muzey... - FOTO

27 Dekabr 2018 19:24
2 Şərh     Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazilərində "Qarabağ muzeyi"nin açılışının keçirilməsi barədə informasiya yaydı.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, azərbaycanlı tədqiqatçılar bu yeni erməni muzeyinin əslində bərpa olunan Şuşa Xalça Muzeyi olduğunu iddia ediblər.

Qeyd: Şuşa Xalça Muzeyi - Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1985-ci ildə yaradılıb. Muzeydə tarixi Qarabağ xalçalarının nadir eksponatları nümayiş etdirilib.

Şuşanın işğalından sonra...

Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarında mədəni irsi məhv etmək siyasəti bu torpaqlardakı muzeylərdə saxlanılan qiymətsiz tarixi eksponatların, dəyərli mədəniyyət və incəsənət nümunələrinin talan edilməsinə hesablanıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, işğal altındakı ərazilərdə 40 mindən çox eksponatın saxlandığı 22 muzey fəaliyyət göstərib. Talan edilmiş muzeylərin ekspozisiyasına Azərbaycan xalqının tarixi və mədəniyyətinin qiymətli nümunələri, rəsm və heykəltəraşlıq predmetləri, bütün dünyada tanınmış Azərbaycan xalçaları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsini daşıyan əşyaları və digər qiymətli nümunələr daxildir.

Digər muzeylər kimi Şuşa Xalça Muzeyi də qarət olunub və ermənilər tərəfindən qismən dağıdılıb. Hərbi əməliyyatlar zamanı muzeydən bir sıra eksponatları çıxarmaq mümkün olub və bu eksponatlar hazırda Bakıdakı Azərbaycan Xalça Muzeyində saxlanılır.

Bu yazını Böyük Vətən müharibəsinə həsr olunmuş bir filmdən götürülmüş sitatla tamamlayırıq. Ölüm döşəyində olan bir rus əsgəri alman fürerinə belə deyir: "Siz hər şeyi məhv edə və özününküləşdirə bilərsiniz. Ancaq havada və buludlarda həmişə bizim ətrimiz duyulacaq".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.