Nazirlik münasibət bildirdi - İddialar əsassızdır...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi KİV-də dərc olunan əsassız iddialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi münasibət bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cari ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla və əksəriyyəti xüsusi həssas qruplardan ibarət 7700-dən çox aztəminatlı ailə cəlb olunub. Bu şəxslərin sırasına 1300-dək məcburi köçkün, 1000-dək ünvanlı yardım alan, 300 nəfər müharibə veteranı, 1000-dən çox əlilliyi olan şəxs və digərləri daxildir.
Proqram iştirakçılarının mal və materiallarla təminatı satınalmalar üzrə qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə müqavilələr əsasında maddi-texniki və kadr potensialına malik şirkətlər tərəfindən həyata keçirilir. Artıq proqram iştirakçılarından 4 minə qədəri biznes-planlarına uyğun mal və materiallarla təmin ediliblər.
Həmin şirkətlər tərəfindən proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət olunur. Hər bir proqram iştirakçısına mal və materiallar verilərkən bu proses verilən mal-materialların keyfiyyəti, eyni zamanda, heyvandarlıq üzrə təsərrüfat quranlara verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınmaqla akt əsasında rəsmiləşdirilir.
Onlar verilən mal-qaradan məmnun qaldıqları halda aktı imzalayaraq mal-qaranı qəbul edirlər. (Şəffaflığın, nəzarətin təmin edilməsi üçün həmin prosesin videoçəklişi də aparılır). Əks halda, həmin mal-qara yeniləri ilə əvəz olunur. Eyni zamanda baytarlar tərəfindən heyvanların sağlamlığını təsdiq edən rəy də verilir.
Proqramın icrası ilə bağlı aktivlərlə təmin edilmiş vətəndaşlar tərəfindən çoxsaylı təşəkkür məktubları da daxil olmaqdadır. Məktublarda aztəminatlı ailələr onlar üçün tam dövlət dəstəyi ilə kiçik ailə təsərrüfatları yaradıldığına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.
Bununla belə, son günlər bəzi media qurumlarının eyni məzmunlu məqaləni yaymaqla mühüm sosial iqtisadi əhəmiyyətə malik olan, dövlətin aktiv dəstəyi sayəsində minlərlə aztəminatlı ailənin yaşayışında müsbət dəyişikliklər yaradan, onların kiçik sahibkarlığa çıxışına imkan verən özünüməşğulluq proqramının icrasına ədalətsiz, qeyri-obyektiv yanaşmalarının şahidi oluruq. Cəmi bir neçə proqram iştirakçısının onlara təqdim olunmuş mal-qaranın guya xəstə, dişsiz, nəsil artırmağa yaramayan və s. olmasından şikayət etməsi barədə reallığa istinad etməyən, əsassız materiallar dərc etməklə həmin media qurumlarının əslində özünüməşğulluq proqramını, proqramın icrası işlərində atılan mühüm addımları gözdən salmaq cəhdləri açıq-aydın hiss olunur.
Məsələn, məqalədə Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun ona verilən qoyunların qoca və dişsiz olmasından şikayət etdiyi qeyd olunur. Lakin mal-qara veriləndən sonra vətəndaşın razılıq və minnətdarlıqla mal-qaranı qəbul etdiyi, həmçinin onun ətrafında olan heyvanların sağlam olduğunu təsdiq edən videogörüntülər çəkilmişdir.
Yaxud, məqalədə adı gedən digər iştirakçı - Nəsimi Həsənovla (Astara) əlaqə saxlanarkən o verilən mallardan şikayət etmədiyini, əksinə aktivlərlə təmin edildiyinə görə təşəkkür etdiyini, müvafiq akta öz razılığı ilə imza atdığını, jurnalist sorğusuna verdiyi cavabın yalnış təqdim edildiyini, həmçinin videoçəkiliş zamanı razılığını vurğulayıb.
Bundan başqa verilən heyvanların xəstə olduğunu iddia edən vətəndaş Ellada İsmayılovanın (Goranboy) şikayəti araşdırılmış və baytarlıq yoxlamasının nəticəsində həmin mal-qaranın tam sağlam olduğu barədə rəsmi arayış verilib.
Əminliklə bildiririk ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan özünüməşğulluq proqramını ləkələmək üçün göstərilən cəhdlər səmərə verməyəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vəfa Şərifovanın məclisdə canlı ifası müzakirə yaratdı - (Video)
-
Maşın dirəyə çırpıldı: 4 nəfər yaralandı, 2-si uşaqdır (Foto)
-
Sürücülərin nəzərinə
-
Yağışlı havaya baxmayaraq, Zeytun Festivalı davam edir (Foto)
-
Ofelya Şabanova Bülent Ersoyla müqayisə olundu – İfası müzakirə yaratdı - (Video)
-
Ömürlük həbsdən səhvən qurtuldu, Türkiyədə tutuldu - Avtoritet keçmiş sovet ölkəsini alt-üst etdi
XƏBƏR LENTİ
-
Vəfa Şərifovanın məclisdə canlı ifası müzakirə yaratdı - (Video)
-
"El-Klasiko" öncəsi "Real"da ciddi itki
-
Gəlin toyda bəyi xalta ilə gəzdirdi – (Video)
-
Maşın dirəyə çırpıldı: 4 nəfər yaralandı, 2-si uşaqdır (Foto)
-
Urmiya gölü ilə bağlı sevindirici xəbər
-
Sürücülərin nəzərinə
-
Yağışlı havaya baxmayaraq, Zeytun Festivalı davam edir (Foto)
-
Ofelya Şabanova Bülent Ersoyla müqayisə olundu – İfası müzakirə yaratdı - (Video)
-
Xaricdə tək yaşayan türkiyəli kişinin göz yaşları hər kəsi kövrəltdi - (Video)
-
Ömürlük həbsdən səhvən qurtuldu, Türkiyədə tutuldu - Avtoritet keçmiş sovet ölkəsini alt-üst etdi
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Seda Sayan makiyajsız görüntüsünü yaydı - (Foto)
-
58 illik arvadına hər ad günündə çiçək əvəzinə görün nə hədiyyə edir - (Video)
-
Erməni Alla Puqaçovanın brendini əlindən aldı
-
"Volkswagen"də 47 mindən çox insan işsiz qalacaq
-
"Qalatasaray" futbolçularına qələbəyə görə böyük mükafatı veriləcək
-
Dünya çempionatı: Millimiz növbəti qələbəsini qazandı - Yenilənib
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Maksim Qalkinin İstanbul konserti ləğv olundu
-
Böyük Britaniya 1000 günə müharibəyə hazır olmalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Nadir İsmayılov vəfat etdi
-
Kəmalə Günəşlinin əsl yaşı təəccübləndirdi - (Video)
-
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası





