Ölkə

Nazir: "2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb"

19 Dekabr 2018 16:11
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, hesabat dövründə özünüməşğulluq proqramı 7737 nəfəri əhatə edib:

"Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, özünüməşğulluq proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub".

Nazir qeyd edib ki, proqram çərçivəsində 2018-ci il üzrə nəzərdə tutulmuş layihələrin reallaşdırılması nəticəsində Azərbaycanda 7 minə yaxın kiçik müəssisənin yaradılması gözlənilir və bu, ölkədə kiçik sahibkarlığın inkişafına böyük töhfədir:

"Bu proqramın əhatəsi daha da genişlənəcək və xüsusilə də kiçik ailə təsərrüfatlarının yaradılması sahəsində əhalinin daha həssas təbəqəsinə dəstək göstəriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.