Ölkə

Zahidin ölümündən qabaq SON SƏSLİ MESAJINI efirdə qoşdu - FOTO

19 Dekabr 2018 12:02
15 Şərh     Baxış: 9 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış klarnet ifaçısı Zahid Sabirabadlının ötən gün dünyasını dəyişməsi xəbəri onun yaxınları ilə yanaşı sənət camiəsini da üzüb.

Milli.Az xəbər verir ki, Zaur Kamal proqramında bu üzücü xəbəri tamaşaçılar ilə bölüşərkən qəhərdən özünü saxlaya bilməyib. 

Aparıcı mərhum sənətkarın ona göndərdiyi son səsli mesajını efirdə tamaşaçılara dinlətdirib:

"Zaur, nətərsən? Canın-başın nətəridir? Təzə paltar almışam. Türkiyədən də ağ klarnet gəlib. Görək nağarurux "5/5"i. Öpürəm səni çoxlu". 

Zaur bu mesajı tamaşaçılara dinlətdikdən sonra "Nə o təzə paltarı geyinmək sənə nəsib oldu, nə də ağ klarnetdə ifa edə bildin. Təəssüf ki, aramızdan tez getdin" sözləri ilə hər kəsin kədərinə kədər qatıb.

Qeyd edək ki, mərhum klarnet ifaçısı təzə ailə qurmuşdu. Bir azyaşlı oğlu var idi.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.