Ölkə

Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabı təqdim olunub - FOTO

19 Dekabr 2018 11:35
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan klubu"nda tanınmış həkim-şair Fəxrəddin Ziyanın "Gələcəyəm, gəl desən" kitabının təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə bir sıra görkəmli yazıçılar, həkimlər, media nümayəndələri və tələbələr iştirak edib.

Tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açıb, Fəxrəddin Ziyanın yaradıcılığından bəhs edib.

Tədbirin moderatoru, şair-publisist Ağacəfər Həsənli bildirib ki, Fəxrəddin Ziya istər şeiriyyat aləmində, istərsə də səhiyyə xidmətində böyük rolu olub və keşməkeşli yol keçib: "O, Sovet dövrünün çətin zamanlarında "Əfqanıstan məktəbi" keçmiş insanlardan biri olub. "Əfqanıstan məktəbi" gənclər üçün böyük bir yol idi. Bizim bir çox Azərbaycan oğulları canla-başla Əfqanıstanda xidmət edib, bir çoxları da vəfat edib. Bu gün çox xoşdur ki, Fəxrəddin müəllim vətənimizə qayıdıb, yaradıcılığını davam etdirib. Əlbəttə, Əfqanıstan həyatı ona çox ciddi surətdə təsir göstərdi. Yaradıcılığı büxtələşdi, bir sənətkar, bir şəxsiyyət kimi yetişdi. Fəxrəddin Ziyanın çoxlu sayda kitabı çıxıb. 10 şeir kitabı çap etdirmək hər insanın işi deyil. Fəxrəddin Ziyanın "Gələcəyəm, gəl desən" kitabı onun seçmə şeirlərinin toplusudur. Bu da elə onun dəyəridir. Kitab "Ey Vətən" adlı şeirlə açılır. Bu şeirə İlham Abdullayev adlı bəstəkar mahnı da bəstələyib".

Daha sonra çıxış edən həkim-şair Tofiq Nurəli qeyd edib ki, ona yalnız şair kimi deyil, eyni zamanda bir dost kimi də etibar edib güvənmək olar: "Fəxrəddin müəllim yüksək vəzifələrdə çalışsa da dost kimi heç zaman dəyişməyib. Münasibətimizi, səmimiliyimizi hər zaman qoruyub saxlamışıq. O sadə, etibarlı bir dostdur. İllərdir hər hansı bir məsələdə çətinlik yaransa, hətta ailə-məişət mövzuları belə olsa ona inanıb güvənmişəm. Həkim, dostum Fəxrəddini təbrik edirəm, yaradıcılığında uğurlar arzulayıram".

Fəxrəddin Ziya tədbir iştirakçılarına təşəkkür edib və təqdimat müzakirələr əsasında davam etdirilib.

Sonda Ağacəfər Həsənli Fəxrəddin Ziyanın Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası tərəfindən "Beynəlxalq Mahmud Kaşqari - 1000" medalına layiq görüldüyünü bildirib və mükafatı ona təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.