Ölkə

Məleykə Abbaszadə: "Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10 faizdən də azdır"

19 Dekabr 2018 11:27
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, artıq 26 ildir Azərbaycanda müxtəlif məzmunlu imtahanlar keçirirlər: "On yaşından başlayaraq gənclər imtahan verir. 26 il ərzində apardığımız statistik təhlillər göstərir ki, bütün mərhələlərdə orta statistik Azərbaycan qadını kişilərlə eyni səviyyədədir və hətta bəzi sahələrdə üstündür. Təhsil sahəsində də Azərbaycan qadını əks cinslə eynidir, hətta bəzən onları qabaqlayır. Amma dövlət qulluğunda inzibati vəzifələrdə 30-40 faiz qadınlardır, rəhbər vəzifələrdə isə heç 10 faiz də qadın yoxdur. Mən hesab edirəm ki, Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var. Azərbaycan qadınları sosial-iqtisadi inkişafa cəlb edilməlidir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.