Ölkə

DİN Bakıda ölümlə nəricələnən avtobus qəzası ilə bağlı məlumat yaydı - YENİLƏNİB

19 Dekabr 2018 12:35
1 Şərh     Baxış: 3 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:35

Bakıda avtobus piyadanı vuraraq öldürüb. 

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 18-də saat 8 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi "İsuzu" markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

----------
11:13

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində - Zabrata gedən yolda "İsuzu" markalı 90 JA 101 dövlət qeydiyyat nişanlı avtobus yolu keçməyə çalışan yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb və orada keçinib.

Araşdırmalar zamanı məlum olub ki, ölən qadın paytaxt sakini, 1955-ci il təvəllüdlü Valentina Mişkininadır.

Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtobus marşrut xətti üzrə fəaliyyət göstərməyib, özəl şirkətlərdən birinə məxsus olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.