Ölkə

Bakıda Şaxta baba və Qar qız olmaq üçün RÜSUM açıqlandı

19 Dekabr 2018 09:17
3 Şərh     Baxış: 3 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur".

Departamentdən bildiriblər ki, hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb: "Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.