Ölkə

AMEA-nın akademik katibi: "Azərbaycanda informasiya ombudsmanı yaradılmalıdır"

18 Dekabr 2018 17:44
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda "Fərdi məlumatlar haqqında" qanun var, bununla belə, həmin sahədə işi gücləndirmək lazımdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, qurumun İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, bu sahədə dünya təcrübəsinə əsaslanaraq addım atmaq lazımdır:

"Bu gün hər yerdə kamera, fotoaparat və insanları izləyə biləcək digər cihazlar var. Şantaj elementləri, müəyyən hüquqazidd əməllər var ki, onlara qarşı ciddi tədbirlər görülməlidir".

R.Əliquliyev bildirib ki, Azərbaycanda insan hüquqları haqqında bəyannamələrin müddəaları da artıq informasiyalaşdırılıb:

"Ölkəmizdə informasiya ombudsmanı və ya informasiya ombudsmanı institutu yaradılmalıdır. İnformasiya ombudsmanı dövlət qurumları ilə yanaşı, informasiya sahəsinə öz töhfəsini verməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.