Ölkə

“Trend of the Year" 2018 Mükafatlandırma qala-gecəsi keçirildi - FOTO

18 Dekabr 2018 14:58
Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Flame Towers - Park Cinema IMAX-da "Trend of the Year" 2018 Mükafatlandırma qala-gecəsi keşirildi.

Milli.Az xəbər verir ki, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group" tərəfindən təşkil olunan "Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edildi. Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırıldılar. Qaliblər sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən müəyyənləşiblər. 

Gecədə "Trend of the Year" adına layiq görülənlər sırasında Fidan Hacıyeva, Məleykə Abbasova, Gülnarə Xəlilova, Xatirə İslam, Elnarə Xəlilova, Vüqar İmanov, Aydan Kamilova, Xumay Muxtarova, Emin Bədəlov, Niyam Salami, Rövşən Nəcəfov, Elnarə Xəlilova, Rahidə Baxışova, Tural Hüseyn, Şahin Cavadsoy, Nigar İbrahimova, Elşən Gəncəvi,  və başqa tanınmış şəxslər var idi. Həmçinin, "İmtahan", "Ata Ocağı" serialları və "Qız Qaçırtma" filmi ilin trendi seçildi. Bundan başqa bir sıra şirkətlər və müxtəlif sahələrin professionallari ilin trendi mükafatçılar sırasında idi. "Trend of the Year" 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilmişdi.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.