Ölkə

"Dəmir Yolları"nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

18 Dekabr 2018 14:02
1 Şərh     Baxış: 3 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib. 

Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub. 

Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.