Ölkə

Müğənnilərə "sırtıq" deyən aparıcını BİABIR ETDİ: Özünə hörmət edən sənin verilişinə çıxmaz - FOTO

18 Dekabr 2018 14:28
9 Şərh     Baxış: 10 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də etdiyi açıqlama ilə növbəti böyük qalmaqalın əsasını qoyub.

Milli.Az xəbər verir ki, qalmaqallı atmacaları ilə tez-tez diqqət mərkəzinə düşən prodüser bu dəfə adını açıqlamadığı aparıcını hədəf alıb.

Tolik adını gizli saxladığı aparıcının müğənniləri sosial şəbəkə hesabından təhqir etdiyini deyib:

"Bir aparıcı var, adını deməyəcəm. İllərin aparıcısıdır, əslində, onu tanıyıram. Onunla salam-sağolumuz var. Bu gün onun İnstagram-da bir açıqlamasını gördüm. Müğənnilərə deyir ki, "O qədər toya gedib sırtıqlaşıblar ki ...". O "sırtıqlaşan" müğənniləri siz efirinizə çağırıb çəkməsəniz, sizin efir gündəlik 100 verliş varsa, onsuz da, 99-cu yerdə heç olmur, ya olur! Amma müğənnilərə "sırtıqlar" deyib, amma qohumlarınızın toyunda o müğənniləri çağırtdırıb oxutdurursunuz, sonra da onları bəyənmirsiniz və özünüzü onlardan yaxşı bilirsiniz. Amma yaddan çıxarıbsınız ki, başqa bir ölkədə o müğənnilər içki içdiyi yerdə öz xalqı tərəfindən tənqid olunur. Amma içki içib, ağlını itirənlərdən fərqli olaraq müğənnilərimizi alçaltmayın. Çünki o müğənnilər sizin efirə gəlməsə... Əslində, özünə hörmət edən müğənni ora çıxmaz. Amma müğənnilərin hamısı deyil, aparıcıların da bəziləri var ki, istər həyat tərzləri, istər özlərini aparmaqları... Mənim də səhvlərim olur, amma sizin qədər səhvim olmayıb. Sizin maştabınızda hələ Azərbaycanda mən qınağa çevrilməmişəm və məni camaat görəndə nələr deməyib. Amma müğənniləri "sırtıq" adlandırıb, onlardan iyrənirsinizsə, elə sizdən də iyrənən var!"

Qeyd edək ki,  Elçin Əlibəyli sosial şəbəkədə yayılan səsi müzakirələrə səbəb olub. Əlibəyli şou-biznes nümayəndələrini təhqir edib: 

"Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.