Ölkə

Azərbaycanla Rusiya arasında iki sənəd qəbul edilib

18 Dekabr 2018 13:05
Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Rusiya arasında iki sənəd Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputatlar "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə" qanun layihəsini və "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə ediblər.

Deputatlar Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf etdiyini və strateji xarakter dağıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, təsdiq olunan sənədlər iki ölkə arasında münasibətlərin inkşafına mühüm töhfə verəcək. Spiker Oktay Əsədov bildirib ki, bu sənədlər Azərbaycan ilə Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.

Daha sonra sənədlər səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.