Ölkə

Bakıda vəzifəli şəxs vəfat etdi

18 Dekabr 2018 13:36
0 Şərh     Baxış: 4 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Aviasiya Akademiyasının dekanı vəfat edib.

Milli.Az xəbər verir ki, Akademiyanın Qiyabi fakültəsinin dekanı, dosent Gülsüm Fərzulla qızı Zöhrabova dünyasını dəyişib. Akademiyanın kollektivi Gülsüm xanımın vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Gülsüm Fərzulla qızı Zöhrabova 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1967-ci ildə Xalq Təsərrüfatı İnstitutunda başlayıb. 1988-ci ildən Bakı Dövlət Universitetində Rus dili kafedrasında baş müəllim vəzifəsində işləyib.

2004-cü ildən MAA-nın Dil və ədəbiyyat kafedrasında əvvəlcə baş müəllim, hazırda isə dosent vəzifəsində çalışıb./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.