Ölkə

Deputat: "Nəqliyyat idarə olunur, amma intellekti görmürük"

18 Dekabr 2018 13:18
4 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: "Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tutur. Bir az yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.