Ölkə

Bərdədə bacıların faciəsi: Hər ikisi reanimasiyadadır

17 Dekabr 2018 19:34
0 Şərh     Baxış: 3 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Rayon sakinləri - 2005-ci il təvəllüdlü Əliyeva Fatma Saleh qızı və kiçik bacısı, 2008-ci il təvəllüdlü Əliyeva Gülay Saleh qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki bacının reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Həkimlərin bildirdiyinə görə, hər ikisinin vəziyyəti kafidir. Hadisəyə səbəb vanna otağında dəm qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.