Ölkə

Nazir müavini: "Dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb"

17 Dekabr 2018 13:50
1 Şərh     Baxış: 2 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemlərinin qurulmasının əsasları" adlı tədbir zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

O bildirib ki, bu qanun layisəhi artıq müvafiq orqanlara göndərilib.

Nazir müavini qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq ekspertlərin məsləhətləri nəzərə alınıb, eləcə də bu sahədə ekspertlərlə müzakirələr aparılıb.

M.Kərimli xatırladıb ki, ötən ay Azərbaycanda dövlət qulluğu strategiyası yaradılıb:

"Strategiyanın əsas məqsədləri dövlət qulluğu sistemində idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişafı, dövlət qulluqçularının rotasiyası, onların peşəkar bacarıqlarının inkişafı, eləcə də dövlət qulluqçularının təşviqi modelidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.