Ölkə

Şərəf və ləyaqətin alçaldılmaması ilə bağlı yeni qanun hazırlanır

17 Dekabr 2018 12:31
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabitliyə əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bu sahədə daha ciddi problemlər yaranır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Dini qurumlar və sosial media" adlı konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır: "Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələr vasitəsilə Azərbaycanı geriyə aparmağa çalışır. Radikal dini cərəyanlar da əlavə problem yaradır".

Ə.Amaşov bildirib ki, hazırda Azərbaycan Mətbuat Şurası qanunda vətəndaşların şərəf və ləyaqətinin alçaldılmaması məsələsini diqqətdə saxlayan qanun üzərində işləyir. "Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır, bu birmənalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.