Ölkə

Bakı Bulvarında bayram hazırlıqları necə gedir? - VİDEO

16 Dekabr 2018 17:07
0 Şərh     Baxış: 2 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayram ab-havası Bakının ən gözəl istirahət məkanında indidən duyulur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park 2019-cu ili qarşılamağa hazırlaşır.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirir ki, Yeni il bayramı ilə əlaqədar hazırlıqlar dekabrın 20-dən sonra başa çatacaq.

Bulvara gələn turistlərin və şəhər sakinlərinin foto çəkdirməsi üçün də tunelin qurtaracağında, təxminən 30 metr məsafədə diametri beş metr olan, işıqlarla bəzədilmiş şar və yaxınlığında "Yeni il" rəmzi hesab edilən maral qoşulmuş xizək quraşdırılıb. 

Qeyd edək ki, əraziyə  işıqlarla bəzədilmiş retro maşınlar, iri ölçüdə hədiyyə qutuları və "qar adamı" qoyulacaq.

Videonu izləmək üçün şəklə klikləyin:
Dənizkənarı Milli Parkda bayram hazırlıqları

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.