Ölkə

Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 33 dəfə artıb

16 Dekabr 2018 15:56
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, istehsal olunan ümumi məhsulun 80 faizdən çoxumüdafiə və xüsusi təyinatlı məmulatlardır.

"Son illərdə isə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü keçib", - deyə nazir müavini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.