Ölkə

Mübariz İbrahimovla bağlı qalmaqallı status yazan psixoloq: Ermənilər düşmənim deyil - VİDEO - FOTO

15 Dekabr 2018 13:16
98 Şərh     Baxış: 14 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı xanım milli qəhrəman Mübariz İbrahimovla bağlı fikirləri ilə çoxlarının nifrətini öz üzərinə çəkib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır: 

"Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".

Bu da azmış kimi bu xanım ermənilərə xüsusi simpatiyasını əks etdirib. Sosial şəbəkələrdə onlarla yazışıb.

Sosial şəbəkələrdə təhqir və tənqidlə üzləşən Nərmin Şahmarzadə daha sonra video paylaşaraq, erməniləri özünə düşmən hesab etmədiyini söyləyib və bununla da izləyiciləri daha da qəzəbləndirib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Erməniyə dost, Mübarizə qatil deyən psixoloq Nərmin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.