Ölkə

İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

14 Dekabr 2018 18:01
0 Şərh     Baxış: 3 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, hava şəraitinin, əsasən, yağmursuz, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Lakin dekabrın 16-da axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, əsasən, hava şəraitinin yağmursuz keçəcəyi, lakin dekabrın 16-sı gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 15-i gündüz, dekabrın 16-da, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dekabrın 16-sı gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.