Ölkə

“Heç kəs bizə olmaz deməyib” - Avtobusların yerini zəbt edən taksi sürücüləri - VİDEO - FOTO

14 Dekabr 2018 19:09
2 Şərh     Baxış: 2 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt yollarında nəqliyyat vasitələri bir çox hallarda dayanma-durma qaydalarını kobud şəkildə pozur. Bu da nəticə tıxaclara səbəb olur.

Milli.Az ARB TV-ya istinadən xəbər verir ki, 20 yanvar dairəsi ərazisində günün istənilən vaxtında tıxac görmək mümkündür. Səbəb isə burada müxtəlif rayonlara, şəhərətrafı kənd və qəsəbələrə gedən taksilərin yol kənarında qanunsuz parklamalarıdır.

Taksi sürücü: "Gedib orada dayanırsan yer pulu alırlar, şərait yoxdur. Burada da polisi qovur. Park yiyələrə 1 manat alır. Pul verməyəndə də əraziyə buraxmır. Polisi çağırıb qovdurur".

Ərşad Hüseynov - ekspert: "Nəqliyyat vasitələri, yolun kənarında qadağan olunmayan yerlərdə, yalnız bir cərgə ilə dayanmalıdırlar. Körpülərin altında, avtobus dayanacaqlarında, yol ayrıclarında, piyada keçidlərində və bu kimi yerlərdə dayanmaq və durmaq qadağandır. Qanuna əsasən, yalnız xüsusi işarələnmiş, ayrılmış yerlərdə dayanmalıdırlar".

Taksi sürücüsü özünə müştəri axtarır, avtobus sürücüsü isə saxlamağa yer. Nəticədə iki tərəf arasında əsəblər tarıma çəkilir.

Avtobus sürücüsü: "Dayanacağa nə girmək olur, nə çıxmaq. Hamısı da fərqlənməsi olmayan taksilərdir. Ona görə bu problemlər yaranır".

Sakin: "Taksilər üçün ayrıca yer ayrılsın, lakin onları birdən-birə buradan kənarlaşdırmaq da düzgün deyil".

Sakin: "Avtobusların dayandığı istiqamətdə taksilər dayanmamalıdır.Taksinin taksi yeri olmalıdır".

Avtovağzal dairəsinin yanındakı körpünün altı da demək olar ki, əsl parklanma yerinə çevrilib. Deyəsən, hələ də "qanun yaranıb pozmaq üçün" fikri ilə yaşayanlar var.

Taksi sürücüsü: "Heç kəs bizə körpünün altında maşın saxlamaq olmaz deməyib. Qadağandır işarəsi yoxdur".

Ərşad Hüseynov - ekspert: "Əgər avtobus dayanacağında dayanırlarsa ona görə 40 manat cərimə oluna bilərlər. Adi yerlərdə, körpünün altında, piyada keçidinin üzərində və başqa yerlərdə dayanıb digərlərinə mane olurlarsa bunun cəriməsi isə 20 manatdır".

Taksilər üçün dayanacaqlara gəldikdə isə, dövlət başçısının bu ilin yazında imzaladığı müvafiq fərmanla bütün avtobus, eləcə də taksi dayanacaqları BNA-nın balansına verilib. Adı çəkilən qurumun bu müddətdə məsələ ilə bağlı hansı addımları atdığını öyrənə bilməsək də, şəhərdə təqribən 10 yerdə bu cür taksi dayanacaqlarının olduğunu müşahidə etdik. Hər bir dayanacağın tutumu isə təxminən 10, 20 avtomobil arasında dəyişir. Paytaxtdakı taksilərin sayını təsəvvür etmək üçün yollarda cəmi bir neçə dəqiqə müşahidə aparmaq kifayətdir.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.