Ölkə

Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA

14 Dekabr 2018 15:44
16 Şərh     Baxış: 9 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İqlim dəyişmələri tək birbaşa deyil, dolayısı təsirlərlə də özünü biruzə verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, minimal temperaturların maksimal temperaturlarla müqayisədə yüksəlmə tempi daha çoxdur. Soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır: "Azərbaycanda çox illik məlumatların təhlili göstərir ki, havanın minimal temparaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb. Dekabr ayında müşahidə olunan bu azalma yalnız bir ili 2002-ci ilin hesabına olub, 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Və həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında umumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır".

U.Tağıyeva bildirib ki, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir: "Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil.

Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib.

İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq.

Belə ki, ayın 16-da göndüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Uçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur.

Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı nəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır.

Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.