Ölkə

Soyğunçuların məhkəməsi başlayır - Taksi sürücüsünə qarşı...

14 Dekabr 2018 17:54
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Mehman Abbasov və Vitaliy Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Şəlalə Həsənovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış "London Taxi" markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıb. Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıblar.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.